Ötən gün 65 nəfər şənliyə buraxılmayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dekabrın 21-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, monitorinq 138 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 65 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.