Ordumuzun hərbçisi dəm qazından boğulub öldü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

Metbuat.az “APA”ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “APA”nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbərə görə, Seymur Yusifli hərbi qulluqçu olub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu