Ombudsman mina təhlükəsi ilə bağlı çağırış etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması məsələsi ilə bağlı çağırış edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir:

“Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də Laçın rayonu ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təəssüf ki, Ermənistan tərəfindən işğal dövründə basdırılmış tank və piyada əleyhinə minaların dəqiq xəritələrinin verilməməsi bu cür ağır nəticələrə gətirib çıxarır:

Azərbaycanın sülh quruculuğu üçün zəruri olan addımları atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirdiyi postmüharibə dövründə Ermənistan tərəfinin insanların həyatı üçün birbaşa təhlükə yaradan bu laqeyd münasibətini qınayır, cinayətlərin törədilməsində məsul şəxslərin məsuliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan tərəfinə kompensasiya ödənilməsi ilə əlaqədar tədbirlər görməyə və bir daha beynəlxalq ictimaiyyəti bu mövzu ilə əlaqədar qəti çağırışlar etməyə səsləyirik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.