Noyabrda 10 gün iş olmayacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Noyabr ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

Metbuat.az ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir ki, bu ay 4 gün ardıcıl iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günüdür.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu