Nöqsanlara görə bağlanan hamam yenidən açıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda nöqsanlarını aradan qaldıran hamamın yenidən fəaliyyətinə icazə verilib.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, bu ilin aprel ayında FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında yerləşən “Pak məkan hamamı” adlı obyektdə keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib və həmin müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Dövlət Xidməti tərəfindən sözügedən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların ötən müddət ərzində aradan qaldırıldığı nəzərə alınaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərar qəbul edilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.