“Neftçi” “Rapid”lə bacarmadı: Mübarizəni dayandırdı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyada “Rapid” komandası ilə cavab görüşünə çıxıb.
Metbuat.az xəbər verir ki, qarşılaşmanın 67-ci dəqiqəsində meydan sahiblərini Qrüll önə çıxıb. Əsas vaxtda ümumi hesab (2:2) bərabər olduğundan əlavə vaxt oynanılıb. Qarşılaşmanın 113-cü dəqiqəsində Druyif meydan sahiblərinin ikinci qoluna imza atıb. Bu qol oyunun hesabını müəyyənləşdirib. Neftçı səfərdə 2:0 hesabı ilə məğlub olmaqla UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, avqustun 4-də Bakıda keçirilən ilk qarşılaşmada “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.