Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Narkotik vasitənin təsiri altında soyuducu sistemi olmayan avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub.

Bu barədə Metbuat.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtomobil idarə edən Mürvət Orucovun qanunazidd əməllərinin qarşısı alınıb.

Belə ki, 11 iyul 2022-ci il tarixdə “Ford” markalı, 77-FB-235 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mürvət Orucov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında stasionar postda saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Orucovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Bununla yanaşı, nəqliyyat vasitəinin yük hissəsinə baxış keçirilən zaman soyuducu sistemi olmadan, anti-sanitar qaydada və digər qeyri-qida məhsulları ilə biryerdə daşınan xeyli sayda dönər üçün xüsusi hazırlanmış ətlər aşkar edilib. Məsələ ilə bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib və aşkarlanan məhsullar aidiyyəti üzrə təhvil verilib.

M.Orucovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu