“Nant” matçı meydan sahiblərinin qələbəsi ilə bitdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada “Nant” klubu ilə qarşılaşıb. “Bojuar” stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edib.

Oyunun ilk dəqiqələrindən hər iki komanda güclü hücuma keçib. Hesab isə 16-cı dəqiqədə açılıb. Rəqibin 10 nömrəli futbolçusu Lüdovik Blas “köhlən atlar”ın qapısından qol keçirə bilib. “Qarabağ” bir neçə dəfə qol şansı əldə etsə də, bu cəhdləri uğursuz alınıb. Görüşün 31-ci dəqiqəsində Marko Veşoviçin Ovusuya ötürdüyü top rəqib qapısına yaxın olsa da, “köhlən atlar” bu şansını əldən verib. Oyunun 40-cı dəqiqəsində hakim ilk sarı vərəqəni “Nant”ın 55 nömrəli futbolçusu Abdul Kadir Bambaya göstərib. 44 -cü dəqiqədə Abdulla Zubirə qarşı qayda pozulub. Kadi Borges cərimə zərbəsini yerinə yetirsə də, heç bil qol nəticəsi alınmayıb.

İlk hissəyə bir dəqiqə əlavə olunub. Nəticə isə dəyişməyib. Meydan sahibləri 1 qolla, “Qarabağ” isə qolsuz meydandan fasiləyə ayrılıb.

İkinci hissədə isə Ağdam təmsilçisi rəqib qapısından qol keçirə bilib. 53-cü dəqiqədə “Qarabağ”ın oyunçusu Filip Ozobiçə qarşı kobud qayda pozuntusu qeydə alınıb və hakim penalti təyin edib. Nəticədə Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib – 1:1.

57- ci dəqiqədə rəqib “köhlən atlar”ın qapısında olduqca təhlükəli vəziyyət yaradıb, lakin Şahruddin Məhəmmədəliyevin ayıqlığı rəqibin 2-ci qola sevinməsinə izn verməyib. 60-cı dəqiqədə Kadi Borges cərimə zərbəsi yerinə yetirib. Top dirəyə dəyərək geri qayıdıb.

Rəqib 60-cı dəqiqələrdə 3 əvəzetmə ilə oyuna davam edib. 68-ci dəqiqədə Filip Ozobiçin yerinə Ramil Şeydayev, Riçarda Almeydanı isə Marko Yankoviç əvəz edib. 79-cu dəqiqədə isə kapitan Qara Qarayev zədələndiyi üçün oyunu sonadək davam etdirə bilməyib. Onu Julio Romao əvəz edib. 81-ci dəqidə hakimə etiraz edən Marko Veşoviçə hakim sarı vərəqə göstərib. Oyunun sonlarında hər iki komanda güclü əks-hücumlar edib. 81-ci dəqiqədə rəqibin 31 nömrəli oyunçusu Mustafa Muhammedin təhlükəli zərbəsi dəqiq alınmayıb, top qapının üstündən keçib.

80-ci dəqiqənin sonlarında Toral Bayramov və Marko Veşoviç meydanı tərk edib. Onları Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəz edib.

İkinci hissəyə 6 dəqiqə əlavə olunub. “Nant”ın yeganə qolunun müəllifi Blas cərimə zərbəsi yerinə yetirib. Heç bir qol qeydə alınmayıb. 94-cü dəqiqədə isə “Nant” ikinci qolunu vurub. İkinci hissədə meydana daxil olan İqnatius Qanaqo fərqlənib.

Beləliklə, “Qarabağ” -“Nant” qarşılaşması meydan sahiblərinin 1:2 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan “Nant” isə 3-cü sırada qərarlaşıb. “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu