Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlığı müzakirə etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə COP-29-un “X” səhifəsində paylaşım edilib.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq, planetdə gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu