Müharibənin ayaq səsləri: Planın nədən ibarət olduğunu heç kim bilmir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

RusiyaUkrayna sərhədində lentə alındığı irəli sürülən yeni görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, Almaniyanın Bild qəzeti sosial mediada yayılan fotoları təhlil edərək yazır ki, Rusiya ordusu Ukrayna sərhədindən 15-20 kilometr məsafədə mövqe tutub. Bild qəzeti rus hərbçilərin bir neçə həftə ərzində hücuma keçə biləcəyini irəli sürüb. Məlumata görə, sərhəddə zirehli texnikalar, ağır silahlar və raketlər var. İddilara görə, son bir neçə gün ərzində bölgəyə təcili yardım briqadaları da cəlb edilib. NATO nümayəndəsinin açıqlaması vəziyyətin nə qədər ciddi olduğunu göstərir:

“Tanklar bizi narahat etmir.Biz sadəcə sərhədə ambulanslar göndərilməyə başlanılanda narahat oluruq”.

Bild qəzetinə açıqlama verən hərbi mütəxəssislər bildirib ki, prezident Vladimir Putinin planlarını təxmin etmək mümkün deyil. Rusiyanın hansı istiqamətdə və hansı miqyasda hücum təşkil edəcəyi məlum deyil.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.