Müdafiə Nazirliyi geri qaytarılmış hərbi quluqçuların adlarını açıqladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün geri qaytarılmış hərbi quluqçuların adını açıqlayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.