Minlərlə sakin küçələrə axın edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Pakistanda keçmiş baş nazir İmran Xanın həbs olunacağı barədə xəbərlərin yayılmasından sonra onun tərəfdarları aksiyalara başlayıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, İmran Xan polisi və hakimi təhdid etdiyinə görə onun barəsində ittiham irəli sürülüb. İmran Xanın tərəfdarları Lahor, Kəraçi, Peşəvər və digər böyük şəhərlərdə aksiyalar keçirib. Etirazçılar hökumətə qarşı şüarlar səsləndiriblər. Məlumata görə, onlarla sakin İmran Xanın paytaxt İslamabaddakı evinin ətrafında keşik çəkir.

Qeyd edək ki, İmran Xan hökumət qarşısında parlament seçkilərinin keçirilməsi barədə tələb qoyub. O bildirib ki, tələb yerinə yetirilməsə ölkə vətəndaş müharibəsinə sürüklənəcək. Bir neçə həftə əvvəl aksiyalar zamanı toqquşmalar qeydə alınmış, 100 polis yaralanmışdı. İmran Xan gərginliyin artmaması üçün aksiyanı təxirə salaraq, seçkilərin keçirilməsi barədə qərarın qəbul olunması üçün hökumətə vaxt vermişdi. Lakin hökumət bu tələbi rədd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.