Metronun bu stansiyanın tikintisi 2024-cü ildə başa çatdırıla bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şərti adı “B 4” olan stansiyanın tikintisi 2024-cü ildə başa çatdırıla bilər.

Metbuat.az, bunu Bakı metropoliteninin 55 illiyinə həsr olunan tədbirdən sonra bu gün jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda stansiyada qazıntı işləri aparılır: “8 Noyabr stansiyasından “B 4” stansiyasına qədər tunellər qazılıb. Tunellərin içində quraşdırma işləri gedir. Gələn ilin sonuna, ən gec halda 2024-cü ilin əvvəlinə “B 4″ stansiyasının tikintisini başa çatdıra bilərik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.