“Meta” şirkəti sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat yaydı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Meta” şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan edib.

Metbuat.az xəbər verir ki, E.Stoun “X” səhifəsində müvafiq məzmunlu yazı dərc edib.

“Bu gün səhər saatlarında sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez həll etdik”, – şirkət nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Honq-Konq provayderi “HGC Global Communications Limited” bəyan edib ki, “Facebook” və “Instagram”dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib.

Provayder zədələnmiş kabellərin qlobal trafikin 25 %-ni təşkil etdiyini açıqlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu