Messi ilə bağlı dəhşətli xəbərdarlıq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Argentina milli komandasının ən qatı azərkeş qrupu hesab edilən “Arjantin Ultras” Lionel Messi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, hər hansı rəqib Messinin zədə almasına səbəb olarsa, o həyatının təhlükədə olduğunu bilməlidir. Açıqlamaya görə, bütün rəqiblər Messiyə qarşı oynayarkən diqqətli davranmalıdır.

“37 ildir dünya kubokunu qazana bilmədik. Messi bunu bacara biləcək tək futbolçudur. Bu bir xəbərdarlıq deyil, təhdiddir” – açıqlamada deyilir.

Qeyd edək ki, Lionel Messi dünya çempionatı öncəsində uğurlu oyunu ilə diqqət çəkir. O ötən illə müqayisədə daha məhsuldar oyun sərgiləyir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.