MEK tərəfindən alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən yeni biblioqrafik göstərici tərtib edilib.

Metbuat.az-a MEK-in mətbuat xidmətindən verilən xəbərə görə, biblioqrafik göstərici süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaca məşhur alim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) anadan olmasının 100 illiyinə həsr olunub.

Elmi redaktoru AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi baş biblioqraf Mahnur Həsənova olan bu göstəricidə Lütfi Zadənin həyatı, elmi fəaliyyəti, məqalələr və konfrans materialları, kitabları, elm tarixində etdiyi yeniliklər və digər məlumatlar öz əksini tapıb.

Vəsait komputer elmləri, elektrik mühəndisliyi, riyaziyyat sahəsi üzrə elmi-tədqiqat işi aparan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu