Mehman Qaraxanoğlu Yazıçılar Birliyinə üzvlükdən İMTİNA ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat yayıb.

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi. Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir…

Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, – deyə o, qeyd edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu