​Məşhur özbəkistanlı teleaparıcı ilin ən yaxşısı seçildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Texnologiya inkişaf etdikcə informasiyanın yayılma sürəti artır və televiziya aktuallığını itirir. Müasir tamaşaçının ekran qarşısında qalma müddətini aparıcı müəyyənləşdirir. Peşəkar aparıcı ilk növbədə öz istedadı davranışı ilə nümunə olmağı bacarmalıdır. Aparıcının bu keyfiyyətləri verilişin reytinqini müəyyənləşdirən əsas amildir.

Guzal İrmatova bu keyfiyyətləri daşıyan Özbəkistanın efir məkanının öndə gələn simalarından biridir.

Səlis danışığı və zəngin nitqi ilə seçilən teleaparıcı bu sahədə 16 illik təcrübəyə malikdir. Maraqlı efir formatı, səlis nitqi ilə böyük fanat ordusu olan teleaparıcı fəaliyyəti dövründə bir çox televiziya layihələrinin müəllifi və aparıcısı olub, dəfələrlə beynəlxalq forumlara dəvət alıb.

O, son olaraq Buxarada baş tutan Özbəkistan-Rusiya jurnalistlər və blogerlər forumunun aparıcısı və moderatoru olub. Əldə etdiyi nailiyyətlərlə heç zaman kifayətlənməyən aparıcı şəxsi inkişafını davam etdirir.

Peşəkar teleaparıcı Guzal İrmatova 17-18 Mart 2023-cu ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Well-Known TV Host of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu