Məşhur iş adamı 124 milyard dollarlıq sərvətinin böyük hissəsini xeyriyyəçiliyə sərf edəcəyini AÇIQLADI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Amerikalı milyarder, “Amazon”un qurucusu Ceff Bezos sərvətinin çox hissəsini bağışlayacağını vəd edib.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, o, müsahibədə 124 milyard dollarlıq xalis sərvətinin böyük hissəsini bağışlamağı planlaşdırdığını deyib.

Ceff Bezos qeyd edib ki, o, var-dövlətinin böyük hissəsini iqlim dəyişikliyi ilə mübarizəyə və dərin böhranlar qarşısında bəşəriyyəti birləşdirə bilən insanları dəstəkləməyə həsr edəcək.

Qeyd edək ki, Bezos daha əvvəl dünyanın yüzlərlə ən varlı adamının sərvətlərinin böyük hissəsini xeyriyyəçilik işlərinə bağışlayacaqları vədi olan “Giving Pledge”i imzalamadığı üçün qınanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu