Məktəblilərin davası ilə bağlı cinayət işi başlanıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Metbuat.az-a Baş prokurorluqdan daxil olan məlumata əsasən, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.