Ledi Qaqanın itlərini oğurlayan şəxsə 21 həbs cəzası verildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ötən il Los-Ancelesdə dünyaca məşhur müğənni Ledi Qaqanın it gəzdirənini güllələyən və onun fransız buldoqlarını oğurlayan şəxs soyğunçuluğa görə 21 il həbs cəzasına məhkum edilib.

Metbuat.az bu barədə “The Guardian”a istinadən xəbər verir.

Müğənninin it gəzdirəni Rayan Fişer hücumda ağır yaralanıb və məhkəməyə müraciət edib. O, sosial media hesabında itləri qorumaq üçün çox çalışsa da cəhdlərinin nəticəsiz qaldığını deyib. İtlər oğurlanarkən o, soyğunçular tərəfindən döyülərək güllələnib və ölümə tərk edilib.

Belə ki, 24 fevral 2021-ci il tarixində Cekson, Ceylin Uayt və Lafayette Uayli Los-Anceles ətrafında minlərlə dollara satılan bahalı cins olan “Fransız bulldoqları” axtarıblar. Soyğunçular Fişerlə qarşılaşanda isə o, Ledi Qaqanın 3 itiylə birlikdəydi. Onlar Fişerdən itləri verməsini tələb ediblər. Lakin, quldurlar itlərin Ledi Qaqaya məxsus olduğunu bilmirdilər.

Mübahisə zamanı soyğunçulardan biri Fişeri yarıavtomatik tapança ilə vurub və bundan sonra itlərdən ikisi oğurlanıb. Fişer isə səkidə yıxılaraq ölümə tərk edilib. İt gəzdirən şəxs aldığı xəsarətlərə görə ilkin tibbi yardım alarkən itlərdən birini qucaqlayarkən görünüb. KİV-lərin xəbərinə görə, güllə onun ağciyərini deşib, bir neçə qabırğası sınıb, qollarında və ayaqlarında kəsiklər olub.

Oğurluqdan sonra Ledi Qaqa itləri üçün 500.000 dollar mükafat təklif edib. İtlər bir neçə gün sonra cinayətdə ittiham olunan qadın tərəfindən geri qaytarılıb. Hücumdan iki ay sonra, hadisə ilə əlaqədar beş nəfər həbs olunub və daha sonra saxlanılanlardan bəziləri azad edilib.

İt gəzdirənə atəş açan Cekson isə böyük bədən xəsarəti yetirdiyini etiraf edib. O, 21 il müddətinə azadlıqdan məhrum edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.