Laçın sakinində odlu silah aşkarlanıb
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Laçın rayon sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Arif Eyvazovdan müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.