​Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin
müəyyən etdiyi strateji kursun dövlət başçısı cənab İlham Əliyev
tərəfindən güclü siyasi iradə, əzm və qətiyyətlə müasir dövrün
tələblərinə uyğun şəkildə davam etdirilməsi nəticəsində ölkə
həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş,
sosial-iqtisadi inkişaf göstəricilərimiz əvvəlcədən prioritet olaraq
qarşıya qoyulmuş hədlərə yüksəlmişdir.


Hərtərəfli və dinamik yüksəliş dövrünü yaşayan respublikamızda
həyata keçirilən köklü və sistemli islahatlar nəticəsində sosial iqtisadi sahə ilə yanaşı, bu sahədə dayanıqlılığı təmin edən,
dünya ölkələrinə məxsus müsbət cəhətləri və milli xüsusiyyətləri
özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara uyğun
olan hüquq və qanunvericilik sistemi də yaradılmış, dövlət
təsisatlarında idarəçilik metodları ən yüksək standartlara
müvafiq şəkildə formalaşdırılmışdır.
Əsrlik tarixi ənənələri və milli hüquq sistemindəki vacib rolu ilə
dövlət orqanları sırasında öz layiqli yerini tutan prokurorluq
orqanları Respublikamızın inkişafına paralel olaraq tam yenidən
qurulmaqla dövrün tələblərinə cavab verən, fəaliyyətində
qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik və
qərəzsizlik prinsiplərinə əsaslanan müasir məzmunlu bir orqana
çevrilmişdir.

Sürətli tərəqqi yolunu tutan ölkəmizdə ictimai
münasibətlər intensiv şəkildə dəyişdiyindən prokurorluq
orqanlarının qarşısında duran vəzifələrin həcmi və məzmununa
dair tələblər də adekvat forma almışdır.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji
kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə
korrupsiyaya qarşı sistemli mübarizə aparılır. İstiqamətində
görülən işlərin, həyata keçirilən islahatların və təşkilati
tədbirlərin səmərəliliyi yüksəlmiş, korrupsiyaya qarşı daha ciddi
mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə
düşən vəzifələrin həcmi və məsuliyyəti daha da artmışdır.
Korrupsiyaya qarşı barışmaz mübarizənin aparılması dövlət
başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin
əsas istiqamətini təşkil etdiyindən, korrupsiyaya qarşı preventiv
tədbirlərin görülməsi, ardıcıl islahatların aparılması, o cümlədən
bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş
şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi
məsələlərinə xüsusi diqqət yetirilir.
Bu sahədə mövcud olan qəti siyasi iradə eyni zamanda konkret
əməli-praktiki addımlarla müşayiət olunmuşdur.

Həyata keçirilən
genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla
vətəndaşa xidmət göstərilməklə dövlət qulluqçusu – vətəndaş
münasibətlərində yeni yanaşmanın formalaşmasına töhfə verən,
bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan
qaldırılmasında mühüm rol oynayan “ASAN xidmət”
mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilməsi,
habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə
milyonlarla insanın müraciət etməsi, əhalinin məşğulluğu, əmək,
sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin “bir
pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi
DOST mərkəzlərinin fəaliyyətə başlaması, Azərbaycanda
korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət
arasında olan həmrəyliyin bariz nümunəsidir.

Dövlət başçısının 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı” dövlət orqanları tərəfindən 89% icra edilmiş,
bu strateji sənədin icrası çərçivəsində qanunvericilik, dövlət
xidmətləri, açıq hökumət, maarifləndirmə və beynəlxalq
fəaliyyət sahələrində müvafiq olaraq Milli Məclisin
deputatlarının etik davranış qaydaları haqqında və korrupsiya
hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət
müdafiəsinin təmin edilməsi ilə bağlı qanunlar qəbul edilmiş,
Elektron Xidmətlərin İnkişafı Mərkəzi yaradılmışdır.
Habelə, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı”nın 9.5-ci bəndinin icrası ilə əlaqədar
(İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin
yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar
qanunvericilik və digər tədbirlərin görülməsi) dövlət başçısı
tərəfindən cinayət təqibi və cəzaların icrası sahəsində
korrupsiyanı istisna edən şəraitin tam təmin olunması,
penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, cəzanı
icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların
aradan qaldırılması və cəza siyasətinin humanistləşdirilməsi
məqsədilə 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə
fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin
humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar
olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin
tətbiqinin genişləndirilməsi barədə” Sərəncam, habelə
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu
il tarixli Fərmanı imzalanmaqla korrupsiya ilə mübarizə
sahəsində aparılan mühüm institusional islahatlarda növbəti
addım atılmışdır.

Son dövrlər ərzində dövlət səviyyəsində görülmüş məqsədyönlü
işlər korrupsiya və rüşvətxorluğa qarşı fundamental mübarizəyə
başlanılmasının, dövlət başçısı cənab İlham Əliyevin qeyd edilən
neqativ təzahürlərin tam aradan qaldırılmasına yönəlmiş siyasi
iradəsinin qətiyyətlə həyata keçirildiyinin göstəricisidir. 2020-
2022-ci illər üçün nəzərdə tutulmuş Açıq Hökumətin təşviqinə və
Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarının
təsdiq edilməsi bu istiqamətdə görülən böyük işlərdən biridir.
Hazırda Milli Fəaliyyət Planının icrası ilə bağlı prokurorluq
orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və yüksək
keyfiyyətlə yerinə yetirilməsinə yönəldilmiş müvafiq işlər görülür.
Dövlət Başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək
etimadın növbəti təzahürü kimi 1 may 2020-ci ildə qanunverici
orqan qarşısında namizədliyini irəli sürdüyü Baş prokurorun
müavini- Baş İdarə rəisi Kamran Əliyevi Azərbaycan
Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsi ilə bağlı
videoformatda qəbul edərkən bu mühüm dövlət təsisatına
korrupsiyaya qarşı daha fəal iş aparılmasını, struktur və kadr
islahatlarının həyata keçirilməsini tövsiyə etməsi, eləcə də aktual
mövzu ətrafında vurğuladığı digər vacib məqamlar qurumun
üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməsi,
habelə mübarizə tədbirlərinin daha da artırılması üçün ortaya
qoyduğu siyasi iradənin göstəricisidir.
Bu sahədə mövcud olan qəti siyasi iradə eyni zamanda konkret
əməli-praktiki addımlarla müşayiət olunmuş və Azərbaycan
Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə
Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən
formalaşdırılmışdır.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan
korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq
əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının
əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən
Baş İdarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və
xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da
inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət vermişdir.
Belə ki, Azərbaycan Respublikası qoşulmuş olduğu Avropa
Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”
və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında”
konvensiyaları, Birləşmiş Millətlər Təşkilatının “Transmilli
mütəşəkkil cinayətkarlığa qarşı” və “Korrupsiyaya qarşı”
konvensiyaları və digər bu kimi mütərəqqi beynəlxalq
təşəbbüslərdə əksini tapan müddəaları öz milli hüquq sistemində
tətbiq etməklə səmərəli anti-korrupsiya qanunvericiliyi yaratmış
və onun işləkliyini təmin edən siyasi iradə sərgiləmişdir.
Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində
görülmüş işlərin nəticəsi kimi, Avropa Şurasının Korrupsiyaya
qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti korrupsiya Şəbəkəsi də daxil olmaqla əksər beynəlxalq
qurumların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata
keçirilən tədbirlər müsbət dəyərləndirilir. Bu müsbət tendensiya
hər il yenilənən beynəlxalq reytinqlərdə də öz əksini tapır.
Belə ki, Azərbaycan Avropa Şurasının “Korrupsiya ilə əlaqədar
cinayət məsuliyyəti haqqında“ və “Korrupsiya ilə əlaqədar mülki
məsuliyyəti haqqında“ konvensiyalarını 11 fevral 2004-cü il
tarixdə ratifikasiya etmiş və onlar qüvvəyə mindiyi 01 iyun 2004-
cü il tarixdən GRECO-ya üzv olmuşdur.

Qeyd olunmalıdır ki,
ölkəmiz müxtəlif dövr ərzində GRECO tərəfindən həyata keçirilən
“Korrupsiyaya qarşı” beynəlxalq konvensiyaların hüquq
sisteminə implementasiyasının I, II, III və IV Dəyərləndirmə
raundlarını bitirmişdir.
Müasir dövrdə müxtəlif ölkələrdə dövlət idarəçiliyinin
səmərəliliyinin və şəffaflığının artırılmasında mühüm rol oynayan
rəqəmsal xidmətlər və onlayn platformaların korrupsiya
cinayətlərinin qarşısının alınmasında da effektiv istifadə
edilməsinin nəzər alınaraq bu mübarizədə zamanın çağırışları ilə
səsləşən informasiya texnologiyalarının yeni imkanlarından
istifadənin genişləndirilməsi məqsədilə mütəmadi olaraq Baş
İdarənin, eləcə də hərbi prokurorluğun işçilərinin ixtisasartırma
kurslarına cəlb edilməsi həyata keçiririlir.

Ölkə başçısı korrupsiyaya qarşı mübarizəni özünün prioritet
vəzifələrindən biri hesab edir və bu məsələ daim onun
nəzarətindədir. Belə ki, Azərbaycan Respublikası Prezidenti
2022-ci ilin 4 aprel tarixində “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət
Planı”nın təsdiq edilməsi haqqında tarixi Sərəncam
imzalamışdır. Həmin Sərəncamla Korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün
Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Fəaliyyət Planının əsas və
vacib müddəalarından biri odur ki, ümumi inkişafa və
təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə
və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı
ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.
Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın
qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv
mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna
görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya
qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və
bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan
halların və korrupsiya hüquqpozmalarının səbəblərinin,
növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanunu 2004-cü il 13 yanvar tarixdə qəbul
olunmasına baxmayaraq Qanunun 5.1-ci maddəsinin tələblərinə
bu günə qədər əməl olunmayıb. Belə ki, həmin maddəyə görə
vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada
mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri
barədə məlumatları təqdim etməlidirlər: Artıq Milli Fəaliyyət
Planı maddənin bu tələbini vəzifəli şəxslər tərəfindən maliyyə
xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin
təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin
gücləndirilməsi ilə bağlı təkliflər verilməsi redaksiyasında
nəzərdə tutmuş və onun icrası Nazirlər Kabinetinə
tapşırılmışdır. Digər icraçılar isə Baş Prokurorluq, və
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadır. Növbəti
tədbirlərdən biri isə vəzifəli şəxslər tərəfindən təqdim edilən
maliyyə xarakterli məlumatlar haqqında bəyannamədəki
məlumatların müvafiq məlumat bazalarındakı məlumatlarla
uyğunluğunun yoxlanılmasına imkan verən elektron informasiya
mübadiləsinin formalaşdırılması ilə bağlı təkliflərin təqdim
edilməsidir.
Planda bir çox məsələlərin həlli nəzərdə tutulmuşdur.


Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə Milli Fəaliyyət
Planının ana xəttini təşkil edir. Plana əsasən dövlət qulluqçuları
üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə
bağlı təlim kurslarının təşkili, hərbi qulluqçular üçün
korrupsiyaya qarşı mübarizə sahəsində tədris kurslarının,
treninqlərin və seminarların təşkili nəzərdə tutulur.
Bundan əlavə, Milli Fəaliyyət Planında yerli özünüidarəetmə
orqanlarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı
mütərəqqi norma Milli Fəaliyyət Planının əsas müddəaları kimi
qeyr edilmişdir. Sənəddə yerli özünüidarəetmə sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmaları yaradan səbəb və
şəraitin öyrənilərək aradan qaldırılması ilə bağlı əlavə tədbirlər
görülməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi
müəyyən edilmişdir.

Dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxslərin
fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə
bağlı müvafiq qanunvericilik aktlarının hazırlanması Milli
Fəaliyyət Planının əsas müddəalarından biridir. Hər halda bu
sahədə müvafiq qanunvericilik qəbul edilərsə bir sıra neqativ
halların qarşısı alınmış olar.
Dövlətçiliyə sadiqliyini sübuta yetirmiş hərbi prokurorluğun
kollektivinin hər bir əməkdaşı bundan sonra da fəaliyyətlərini
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və
Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi
tərəfindən göstərilən etimada layiqli səviyyədə qurulması üçün
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində və yeni
məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində
xidmətlərini göstərəcək, ölkəmizdə formalaşmış dayanıqlı
ictimai-siyasi sabitliyin və milli maraqlarımızın cinayətkar
qəsdlərdən qorunması, qanunun aliliyinin təmin edilməsi, insan
hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil
cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində
üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək
cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin
həyata keçirilməsini təmin edəcəklər.

Rəcəb Əhməd

Füzuli Hərbi prokurorunun müavini,
ədliyyə mayoru




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu