Koronavirusa qarşı 9 milyard peyvənd vurulub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İndiyədək 184 ölkədə 8,95 milyarddan çox COVID-19-a qarşı peyvənd vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bu, hər 100 nəfər üçün 116 doza deməkdir. Hazırda orta peyvəndləmə dərəcəsi gündə 43,4 milyon dozadır.

Mütəxəssislərin fikrincə, həyatın normala dönməsi üçün əhalinin təxminən 75%-nin peyvənd edilməsi lazımdır. Artıq 38 ölkədə insanların 75%-i peyvəndin ən azı bir dozası ilə peyvənd olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.