“Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş1969-cu il təvəllüdlü paytaxt sakini Rasim Rəhimov Nizami rayonu ərazisində saxlanılıb.

Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan R.Rəhimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu