“Kənddən Şəhərə” yarmarkaları fəaliyyətə başladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakıda təşkil etdiyi “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb.

Metbuat.az nazirliyinə istinadən xəbər verir ki, yarmarkalar paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı) ünvanlarında dekabrın 30-na qədər davam edəcək.

Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.

“Kənddən Şəhərə” Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilər.

Yarmarkalarda iştirak ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edilər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum loqistika dəstəyi göstərir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu