İtaliya klubu Şevçenkonu istefaya göndərib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İtaliyanın “Cenoa” klubu baş məşqçisi Andrey Şevçenko ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, 46 yaşlı ukraynalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

İtaliya Kubokunda mübarizəni dayandıran “Cenoa” A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda 21 oyundan 12 xalla 19-cu yerdə gedir.

Qeyd edək ki, Şevçenko ötən ilin noyabrında baş məşqçi təyin edilmişdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.