İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məsləhətləşmələr üçün Nyu-Yorkdan geri çağırılıb.

Metbuat.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz “X” səhifəsində yazıb. Nazir bildirib ki, bu qərar BMT-nin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən törədilmiş cinsi zorakılığa dair hesabatı susdurmağa çalışması səbəbindən qəbul edilib. İsrailli nazirin sözlərinə görə, BMT-nin baş katibi Antoniu Quterreş bu hesabata lazımi diqqət yetirməyib və onun müzakirəsi üçün Təhlükəsizlik Şurasının iclasını çağırmayıb.

Rəsmi Təl-Əviv qeyd edir ki, sözügedən hücum sərhədyanı kəndlərin əhalisinə qarşı çoxsaylı cinsi zorakılıq halları ilə müşayiət olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.