İranla İsrail arasında yenə toqquşma ola bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“İran ilə İsrail arasında növbəti toqquşmanın olacağını istisna etmək olmaz. İranın 80 milyondan artıq əhalisi var və silah arsenalı nə qədər plagiat olsa da, istənilən halda ərazi və əhali baxımından özündən dəfələrlə kiçik olan İsraillə müharibə aparmaq potensialı mövcuddur”.

Bu sözləri Metbuat.az-a İran və İsrail arasındakı son toqquşmalardan danışan hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, birmənalı şəkildə İranın bu müharibədən qalib çıxacağını demək asan deyil:

“Çünki, İsrailin hərbi sənaye sektoru kifayət qədər inkişaf edib. Digər tərəfədən isə İsrailin ABŞ, Britaniya və hətta bəzi ərəb ölkələri kimi müttəfiqləri var ki, onların da eskalasiya vəziyyətində İsrailə hərbi, siyasi və maliyyə dəstəyi verəcəyi aşkardır”.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Seyranə Quliyeva / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu