İranın İsrailə atdığı mərmilərin sayı açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İran İsrailə ümumilikdə 60 tona yaxın partlayıcı maddə daşıyan müxtəlif tipli 350 mərmi atıb.

Metbuat.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari brifinqdə bildirib.

Onun sözlərinə görə, yalnız “bir neçə raket” ölkə ərazisinə çataraq “kiçik ziyan” vurub.

“İranın planı iflasa uğradı”, – o vurğulayıb.

Haqari əlavə edib ki, İsrail ordusu “hələ də yüksək hazırlıq vəziyyətindədir” və “mütəmadi olaraq vəziyyəti qiymətləndirir”.

“Biz həm hücum, həm də müdafiə hərəkətləri üçün əməliyyat planlarını təsdiqləmişik”, – Haqari qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu