İran İsrailə PUA-ların üçüncü dalğasını göndərdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb.

Bu barədə İsrail televiziyasının “Kanal 12” telekanalı xəbər yayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib. “Kanal 12” təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu