İrəvanda güclü partlayış: 1 ölü, 30 yaralı – Video

İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə 6 yanğın-xilasetmə bölməsi və təcili tibbi yardım maşınları göndərilib.

Nazirlik çoxlu sayda yaralının olduğunu bildirib.

Erməni Teleqram kanallarının yaydığı məlumata görə, partlayış pirotexniki avadanlıqların yanması nəticəsində baş verib.

***

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

***

İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində yaralananların sayıt artıb. Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xəstəxanalara 30 yaralı yerləşdirilib.

Başa dön tuşu