İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi.

Metbuat.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmada ikinci yarının daha maraqlı alındığını bildirib: “Çoxlu qol vəziyyətləri oldu. Bu gün əvvəlki görüşlərdə özlərini göstərə bilməyən futbolçulara şans verdim”.

Monteneqrodan olan baş məşqçi komandasının yaxşı müdafiə oluna bilmədiyini söyləyib: “Bu istiqamətdə işləyirik. Qarşıda beş oyun var. Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu