İftardan sonra bunu qətiyyən etməyin: İnfarkt ola bilərsiniz

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İftardan dərhal sonra çəkilən siqaret infarkt riskini təxminən 10 dəfə artırır.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, mütəxəssislər Ramazan ayında siqaretdən istifadə edənləri diqqətli olmağa çağırırlar. Çünki siqaret Ramazan ayında digər dövrlərə nisbətən insan orqanizmi üçün daha çox risk yaradır. Gün boyunca adam ac qalır. İftar yeməyi ürək döyüntülərini sürətləndirir. Buna görə də, qan dövranı sərbəst şəkildə həyata keçməlidir. Bu zaman ərzində siqaret qana qarışsa qan tündləşər. Damarlar üzərində böyük təzyiq yaranar. İftardan dərhal sonra çəkilən siqaret infarkt və damar tıxanıqlığı, beyin qanaması, iflic olma riskini təxminən 10 qat artırır. Ona görə də siqaret istifadəçiləri bu aylarda daha çox diqqətli olmalıdırlar.

Siqaret aludəçiləri yemək bitəndən 15-20 dəqiqə sonra bədənin yüngülləşməsini gözləməlidirlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu