Göyçayda qəza – 2 ölü, 1 yaralı var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ötən gün Göyçayda baş verən qəza nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb.

Metbuat.az-ın məlumatına görə, saat 00:00 radələrində 1990-cı il təvəllüdlü Bağırov Xəqani Elman oğlunun idarə etdiyi “Kia Sportage” markalı avtomobillə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayon Müskürlü kəndi ərazisindən keçən hissəsində sükana nəzarəti itirərək yoldan çıxıb və sağ tərəfə aşıb.

Nəticədə avtomobildəki sərnişinlər 1991-ci il təvəllüdlü Gülməmmədov Asif Hafiz oğlu, 1991-ci il təvəllüdlü Əsgərov Elçin Rövşən oğlu ölmüş, digər sərnişin 1993-cü il təvəllüdlü Həsrətli Mahmud Namiq oğlu isə müxtəlif dərəcələri bədən xəsarətləri ilə xəstəxanaya çatdırılmışdır.

Faktla bağlı cinayət işi başlanılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu