“Gəlin ləzginka oynamaz, atdanıb düşməz, ayıbdır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Toylarda bəy və gəlin milli rəqs etmək üçün kurslara gedirlər. Əslində, bu, yaxşı əlamətdi”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın Report-a müsahibəsində bildirib.

“Deməli gənclərimiz artıq başa düşürlər ki, milli xalq rəqslərimizi ifa etməyi bacarmalıdırlar. Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər “Roza xanım bizə rəqs öyrədin”. Dedim ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu mütrüflükdü. Ayıbdı. Gəlin utanar. İndi ləzginka oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdü. Ancaq gərək gəlinlər Uzundərə, İnnabı, Naz-naz oynasın. Yoxsa ləzginka, atdanıb düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz”, – Xalq artisti deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu