Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, yarımfinalın ilk cavab görüşündə “Qəbələ” “Zirə”ni qəbul edib. Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:0. 59-cu dəqiqədə Vladislav Kulaç hesabı açıb. 84-cü dəqiqədə Rafael Utziq ikinci topu meydan sahiblərinin qapısından keçirib.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən “Zirə” finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab qarşılaşmasında “Qarabağ” “Neftçi”ni sınağa çəkəcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk dueldə Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu