Fransa bayrağı ilə küçə süpürdülər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransanın ölkədəki hərbi mövcudluğuna qarşı etiraz aksiyası keçirilib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Röyters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, etiraz aksiyasında bir neçə yüz adam iştirak edib. Onlar Paris əleyhinə şüarlar səsləndirib, Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb ediblər. Aksiyaçılar Fransa bayraqlarını yandırıb, bayraqla küçələri süpürüblər.

Aksiya dinc şəraitdə baş tutub, güc strukturları etirazçılara müdaxilə etməyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu