“Facebook”dakı bu oyunlarla məlumatlarımız oğurlana bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sosial şəbəkələrin müxtəlif platformaları bizim bir çox gündəlik tələbatlarımızı qarşılasa da, həm də əyləncə məkanımızdır. Müxtəlif oyunlar, maraqlı məzmunda olan foto, video platformaları hər bir istifadəçinin diqqətini çəkir.

Elə “Facebbok”da olan “siz hansı məşhura bənzəyirsiniz”, “gələcəkdə kim olacaqsınız”, “2023-də vəziyyətin necə olacaq” kimi proqnoz tipli oyunlar. Bəs bu oyunlar bizim məlumatlarımız üçün hansı təhlükəni yaradır?

Texnobloger Fərid Pərdəşünas Metbuat.az-a bildirdi ki, belə oyunlarla istifadəçilər məlumatlarını öz razılıqları ilə həmin platformaya ötürürlər. Bu, reklam məqsədilə yaradılıb. Lakin hər hansı haker hücumu zamanı məlumatlar oğurlana bilər:

“Bu kimi tətbiqlərin, əslində, ciddi təhlükəsi yoxdur. Məqsəd istifadəçi məlumatları toplamaq, sonra da reklam üçün istifadə etməkdir. Yəni insanlar həmin oyunlarla, proqramla məlumatlarını bölüşür. Daha sonra bu informasiyalar həmin istifadəçilər üçün reklam təqdim etmədə istifadə olunur. Bu oyunların məqsədi istifadəçi məlumatlarının toplanmasıdır. Lakin həmin platforma haker hücumuna məruz qaldığı zaman istifadəçilərin məlumatları oğurlana bilir. Qısası, belə oyunlarla istifadəçi məlumatlarını öz razılığı ilə feysbuka ötürür”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu