“Fənərbaxça”nın baş məşqçisi zədələnən futbolçunu təpiklədi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Jorji Jezuş zədəli futbolçuya qarşı hərəkəti ilə kəskin tənqid edilib.

Metbuat.az Aspor-a istinadən xəbər verir ki, “Fənərbaxça”- “İstanbulspor” matçında portuqaliyalı çalışdırıcı rəqibin zədəli futbolçusu İbrahim Yılmazı təpikləyib.

İbrahim Yılmaz baş verənlərdən sonra açıqlama verib. O bildirib ki, Jezuş sadəcə zarafat edib:

“Zarafat üçün edilən bir hərəkətdir. Sonradan başımı sığalladı. Böyüdüləcək bir durum yoxdur”, – deyə futbolçu qeyd edib.

Qeyd edək ki, bu görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. İzləyicilər Jorji Jezuşun bu hərəkətini kəskin tənqid ediblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu