“Ev sahibi gəldi, gördüm ki, niyyəti başqadır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Mən zəngin, özünü idarə edə bilən ailənin övladı olmuşam. Kasıb ailədə doğulmamışam.

Bunu hər zaman demişəm. Lakin çox kasıb həyat yaşamışam”.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri “Təsir dairəsi” verilişində müğənni Roza Zərgərli deyib. O, ailə qurduqdan sonra yaşadığı çətinliklərdən danışıb:

“Hansı gənc qız qucağında uşaq 4 gün parkda yatar? Evsiz qalar? Mənim övladlığa götürdüyüm uşaqlar yaxşı mənada hazırın nazirinə çatdılar. Çünki onda Roza Zərgərli idim. Öz doğma övladımla həmin əziyyətləri yaşamışam. Çünki kirayədə qaldığım evin sahibi gəldi, danışdı, başa düşdüm ki, onun niyyəti başqadır. Çantalarımı yığıb, uşaqlarımı götürəndə yeni ev axtarana qədər parkda qaldım”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu