Ən dürüst bürclər – Heç vaxt yalan danışmırlar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Astroloqların araşdırmalarına görə, bəzi bürclər həmişə ətrafındakı insanlara qarşı dürüst davranırlar. Yalan danışmağı heç sevmirlər.

Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:

Oxatan bürcü ən dürüst bürcdür. Ətrafındakı insanlara qarşı açıq və dürüst, hətta çox dürüstdürlər. Bu səbəbdən də qarşı tərəfdən eyni şeyi gözləyirlər. Onlar aldatmağa dözmürlər və yalan danışdıqlarını dərhal anlaya bilirlər. Oxatanların nəzərində yalan böyük təhqirdir, ona görə də həmişə həqiqəti söyləyirlər. Bəzən lazımsız dürüstlükləri onlara problem yarada bilər.

Xərçəngə nə qədər yaxın olsanız, o sizin üçün bir o qədər dürüst olacaq. Xərçənglər çox mehriban xarakterlər olduğundan, həmişə başqalarının hisslərini nəzərə alırlar. Çox yaxşı tanımadıqları insanlara qarşı həddən artıq dürüst ola bilməzlər, lakin yaxın ətrafları, ailələri və münasibətdə olduqları insanlar üçün bu belə deyil.

Əqrəblər həddindən artıq dramatik xarakterlərinə görə bəzən “daha yaxşı hekayə” üçün ağ yalanlar danışa bilirlər. Yaxalansalar belə, bunu davam etdirirlər. Ancaq Əqrəb sizə ən yaxın insandırsa, birdən dünyanın ən etibarlı insanına çevrilirlər. Onlara qarşı qeyri-səmimi olmağı heç sevmirlər. Çünki özləridə məcbur olmadığları halda yalan danışmırlar. Dostlarına qarşı həmişə dürüst olurlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.