Elşən Çarhanlı vəfat etdi – FOTOLAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

Metbuat.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə həmin teatrın aktyoru Əməkdar artist Nofəl Vəliyev məlumat verib.

O bildirib ki, E.Çarhanlı bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib.

N.Vəliyev əlavə edib ki, ötən ilin dekabrın 14-də aktyorun həyat yoldaşı vəfat edib.

Qeyd edək ki, Elşən Çarhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb.

Gənc Tamaşaçılar Teatrında işlədiyi illər ərzində 50-yə yaxın tamaşada rol alıb. Aktyor tamaşaçılara film və seriallardakı rolları ilə də yaxşı tanışdır.

Elşən Çarhanlı 7 mart 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub. Aktyor 27 may 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.