“Elm və Texnologiya Parkı” ləğv olunur

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Milli Elmlər Akademiyasına məxsus “Elm və Texnologiya Parkı” MMC ləğv olunduğunu elan edib.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 30, mənzil 109 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Elm və Texnologiya Parkı” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı isə 50 manatdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu