DYP bayramla bağlı sürücülərə müraciət etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qurban bayramı günlərində Baş DYP İdarəsi tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində tədbirlər keçirilir.

İdarədən Metbuat.az-a verilən məlumata görə, sürücülərə sürət həddinə riayət olunması, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmamaları, manevretmə qaydalarını kobud şəkildə pozmamaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçmələri və ən çox da yuxulu, yaxud yorğun halda avtomobil idarə etməmələri bildirilib.

Bundan başqa avtomobillərdəki uşaqlar şərti yol polisləri elan edilib, onlara valideynlərə nəzarət etmək, yollarda qayda pozduqları zaman xəbərdarlıq etmək tövsiyə olunub. Uşaqlara hədiyyələr təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu