Dünyanın diqqəti bu gəmidədir: Türkiyə sahillərinə yaxınlaşdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukraynanın Odessa limanından ilk taxıl gəmisi təhlükəsiz şəkildə üzməyə başlayıb.

Metbuat.az xəbər verir ki, gəmi Livan istiqamətində üzür. Gəmi Türkiyə sahillərində yoxlamadan keçəndən sonra Livan istiqamətində irəliləyəcək. Razılaşmaya əsasən İstanbuldakı birgə koordinasiya mərkəzində gəmidə silahların olub-olmadığı yoxlanılmalıdır.

Qeyd edək ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında İstanbulda imzalanan razılaşmaya əsasən, Ukrayna limanlarındakı təqribən 25 milyon taxıl dünya bazarlarına daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan sanksiya aradan qaldırılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.