Dünya yeni müharibə ilə üz-üzədir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hazırda dünya Serbiya-Kosovo arasında baş verənləri müzakirə edir. Dünya yeni bir müharibə təhlükəsi ilə üz-üzədir?

Metbuat.az xəbər verir ki, politoloq Əziz Əlibəyli bildirdi ki, burada tərəflərdən biri Qərbin, digəri isə Rusiyanın müttəfiqidir. Balkanlarda yeni müharibənin başlanması ciddi məsələdir:

“Məsələ bundan ibarətdir ki, Kosovo müstəqilliyini qazandı və Serbiya 2016-cı ilədək onun müstəqilliyini qəbul etmədi. Keçmiş Yuqoslaviyadan ayırlan Kosovo Qərbin dəstəyi ilə müstəqilliyini elan etdi. O dönəmdən Kosovoda azlıq şəklində yaşayan serblər qaldı. Əsasən də Serbiya ilə qonşuluqda Metroviça ərazisində onlar çoxluq təşkil edir. 2016-cı ildə iki ölkə arasında müqavilə imzalandı. Şərtlərə görə, serblərin avtomobilləri Kosovo arasında rahat şəkildə hərəkətə edə biləcəkdi. Lakin bu müqavilənin də artıq müddəti dünən başa çatdı. Bununla da, Metroviçada artıq həyəcan yarandı və serblər protesto edərək Serbiyadan kömək istədilər.

Qəfildən Serbiya Prezidenti Aleksandar Vuçiç “Hava isindi, serblər artıq dəhşətli günlər görməyəcək” ifadəsini işlətdi. Bu ifadə artıq Serbiyanın gücünü ortaya qoyması deməkdir. Baxmayaraq ki, bu ölkənin prezidenti savaş yox, sülh istədiyini bəyan etdi, amma burada çox maraqlı detallar var. Birincisi, Serbiya Rusiyanın müttəffiqidir, Kosovo isə Qərbin. Ukrayna müharibəsi gedişində Balkan yarımadasında müharibə baş verməsi çox ciddi problemlər ortaya çıxara bilər”.

Azərbaycan-İsrail əlaqələrinin perspektivi çox genişdir”

Əziz Əlibəyli

Politoloq düşünür ki, bu münaqişə Rusiyanın da planı ola bilər. Hansı yöndən baxsaq da, Balkanlarda yeni müharibə heç də müsbət sonluqla nəticələnməyəcək:

“Ola bilər ki, Ukrayna ilə müharibədə olan Rusiyanın Serbiyanı müdafiə etməyə məcbur buraxılması bu qüvvələrin parçalanmasıa gətirə bilər, ya da əskinə. Ukraynadan diqqəti yönəltsin Serbiyaya yönəltmək Rusiyanın olanı ola bilər. Amma coğrafi baxımdan bura Ukraynda deyil, konkret olaraq dünyada dəhşətli proseslərin baş verə biləcəyi bir ocaq ola bilər”.

Əziz Əlibəyli bildirir ki, I Dünya müharibəsi də elə bu bölgədə başlayıb. O dövrdən fərqli olaraq hazırda Rusiya da güclüdür və müharibənin başlanması Rusiyanın da birbaşa iştirakı ilə nəticələnə bilər:

“Birinci Dünya Müharibəsində Avstriya-Macarıstan şahzadəsi Frans Ferdinandı məhz bu bölgədə serb millətçisi Qavrilo Prinsip öldürmüşdü. Beləcə Birinci Dünya Müharibəsi başlamışdı. Bu səbəbdən bu bölgə çox həssasdır. 90-cı illərdə NATO Yuqoslaviyanı bombalayaraq dağıdarkən Rusiyaya göz dağı verdi. O zaman Rusiya zəif idi və müharibə genişlənə bilmədi. Amma indi vəziyyət fərqlidir. Bu bölgədə baş verən qarşıdurma müharibəyə çevrilərsə, artıq bu, Rusiyanın da müharibəyə qoşulması demək olacaq. Coğrafiya genişlənərsə, hətta Türkiyə belə bu məsələyə daxil ola bilər”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.