Dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.