Daha 12 müəssisədə pozuntular aşkarlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Metbuat.az-a AQTA-dan məlumat verilib.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 14-də ölkə üzrə 394 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal‎ rayonu, N. Nərimanov pr., ev 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Hacıməmməd oğluna məxsus “Nəlbəki” restoranı;

2. Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küç., ev 71 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlham Valeh oğluna məxsus “Zoğal” restoranı;

3. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 37E ünvanında yerləşən, fiziki şəxs Əliyev Eldəniz Heydər oğluna məxsus kafe;

4. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr., ev 14 ünvanında yerləşən, fiziki şəxs Məmmədxanova İradə Arif qızına məxsus “Yuka” restoranı;

5. Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küç., ev 35 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Amin Asif oğluna məxsus kafe;

6. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 20-ci sahə, A. İsmayılov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Qafarzadə Emil Rahib oğluna məxsus kafe;

7. Hacıqabul rayonu, Bakı-Şirvan yolunda yerləşən, fiziki şəxs Rüstəmov Mikayıl İsmayıl oğluna məxsus kafe;

8. Şirvan şəhəri, G. Şıxbala küçəsində yerləşən, fiziki şəxs Cəfərov Elxan Alxan oğluna məxsus kafe;

9. Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən, fiziki şəxs Əhmədov Seyfulla Ramazan oğluna məxsus kafe;

10. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Qədirov Amid Yengibar oğluna məxsus kafe;

11. Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən, fiziki şəxs Hümbətov İlqar Nurəddin oğluna məxsus kafe;

12. Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Roman Nazim oğluna məxsus kafe.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu