Çin ordusu Pelosinin təyyarəsini vuracaqmı?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Sinqapura gedib.

Metbuat.az xəbər verir ki, Pelosinin Asiya turu çərçivəsində Malaziya, Cənubi Koreya və Yaponiyaya da səfər edəcəyi bildirilib. Pelosinin Çin ilə gərginliyə səbəb olan Tayvana səfəri barədə isə məlumat verilməyib. Bildirilir ki, səfər zamanı Pelosini 5 yüksək rütbəli nümayəndə də müşayət edir. Səfərin ABŞ Prezidenti Co Baydenlə Çin sədri Si Cinpin arasında gərgin keçən telefon danışığından sonraya təsadüf etməsi diqqət çəkir.

Qeyd edək ki, Çin Pelosinin Tayvana səfər edəcəyi təqdirdə hərbi müdaxilə də daxil olmaqla cavab verəcəklərini açıqlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.